23 İyun 2017 21:22
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Forbes” jurnal dünyanın ən uğurlu səyahətçi bloggerlərin adlarını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, ən effektiv səyahət bloggeri amerikalı Brayan Kelli seçilib. O, 2007-ci ildən bu işlə məşğul olur.

2-ci yeri 22 yaşlı Kristen Riç tutub. Onun özünün rəsmi saytı var və bütün səyahət fotolarını bu sayta yerləşdirir.

3-cü yeri bu yaxınlarda Bakıda olan Rusiyalı cütlük Murad və Natalya Osman, onların “İzlə məni” layihəsi tutub. Simasını göstərmədən əli ilə sevgilisini dalınca dartan bir qadının müxtəlif obrazları artıq brendə çevrilib.

4-cü yerdə fotoqraf və yazıçı Erik Stoun qərarlaşıb. Erik səyahət layihəsi uğrunda həkimlik sənətini atıb.

5-ci yeri Deymon və Co Franko cütlüyü tutub. Kollecin 5-ci kursundan birgə iş görən bu cütlük hazırda “Toyota”, “MTV” kimi brendlərlə əməkdaşlıq edir.

2007-ci ildən işə başlayan və hazırda “American Express”lə əməkdaşlıq edən “Planet D” 6-cı yerdədir.

7-ci yerdə Böyük Britaniyalı fotoqraf Luis Koul dayanıb. 2012-ci ildə o, öz ölkəsinə 2 mərtəbəli avtobusla səyahət edib. 2 milyondan çox izləyicisi var.

Ən qənaətcil səyyah Conni Cet 8-ci yeri tutub.

2009-cu ildən bloggerlik fəaliyyətinə başlayan Kris Burkard serfinq həvəskarıdır. O, təkcə İslandiyada 28 dəfə olub.

Onluğa yekunu isə Keyt Makkulli vurur. Keyt səyahətə çıxan qadınlara verdiyi məsləhətlərlə tanınır. Finlandiyadan Maltaya qədər müxtəlif ölkələrin şirkətləri ona pulsuz səyahət təşkil edir.


Müəllif: Könül Əlibəyli