23 İyun 2017 23:10
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Volqoqrad bölgəsində baş verən oğurluq hadisəsindən sonra polis cinayətkarları təqib etməyə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təqib zamanı oğrular polis maşınına atəş açıblar.

Güllələrdən biri polis əməkdaşının başına dəyib. Olay avtomobildəki təhlükəsizlik kamerasına əks olunub.

Məlumatlara görə, cinayətkarlar uzağa qaça bilməyiblər. Yaradılmış süni tıxacdan sonra avtomobillərini saxlayan oğrular polislər tərəfindən yaxalanıb.

Olayın görüntülərini təqdim edirik:


Müəllif: Samir