23 İyun 2017 21:46
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənubundakı Quançjou şəhər metropolitenində qadınlar üçün xüsusi vaqonlar ayrılacaq.

Teleqraf.com-un məlumatına görə, bu təkliflə bağlı sınaqlar iyun ayının sonundan etibarən başlayacaq.

Metropoliten administrasiyası qeyd edir ki, günün pik saatlarında – səhər 7:30-9:30 və axşam 17:00-19:00 arası – qatarın bir vaqonu yalnız qadınlar üçün ayrılacaq.

Günün digər saatlarında kişilər bu vaqonlara daxil ola biləcək.


Müəllif: Teleqraf.com