24 İyun 2017 00:55
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ABŞ-ın yeni prezidenti Donald Tramp və onun xanımı Melanya ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, Silvio Berluskoni ölkənin "La7" televiziya kanalına müsahibəsində “Trampı ABŞ-ın Berluskonisi adlandırmaq olarmı” sualına özünəməxsus tərzdə cavab verib. O bildirib ki, Trampla bağlı ən müsbət fikiri onun xanımı Melanya ilə bağlıdır.

"Melenya gözəl və cazibədardır. Onun haqqında çox eşitmişəm. Hətta demokratlar belə onun haqqında yüksək fikirdədirlər. Sizə açıq deyəcəm. Trampda ən xoşuma gələn şey Melenyadır", deyə Berluskoni bildirib.


Müəllif: Teleqraf.com