24 İyun 2017 01:33
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimal-qərbindəki bazarda baş vermiş partlayışda ölənlərin sayı 37-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Agency France Presse" xəbər verib.

Yüksək vəzifəli məmurun sözlərinə görə, partlayış nəticəsində 37 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

Partlayışın Paraçinar şəhərindəki ticarət mərkəzində, yerli sakinlərin Ramazan ayının başa çatması ilə əlaqədar alış-veriş etdikləri zaman törədildiyi bildirilir.

Qeyd edək ki, cümə günü Kvetta şəhərində, Bəlucistan vilayəti polisinin rəhbərinin ofisi yaxınlığında da partlayış törədilib. Nəticədə 11 nəfər həlak olub.


Müəllif: Teleqraf.com