24 İyun 2017 10:11
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin yerləşdiyi Nebraska ştatında güclü tufan aviabazaya güclü ziyan vurub.

Trend-in məlumatına görə, hərbi bazadakı 2 "Boeing E-4B" də daxil olmaqla 10 təyyarə güclü tufanda zədələnib.

Bundan öncə iyunun 16-da baş vermiş güclü qasırğa və tufanda da hərbi bazanın 8 "Boeing RC-135" kəşfiyyat təyyarəsi zədələnmişdi.

Yerli fövqəladə xidmət idarəsindən verilən məlumata gröə, ştat ərazisində təbii fəlakət nəticəsində çox sayda ağac da qırılıb.


Müəllif: Teleqraf.com