24 İyun 2017 10:47
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Sean Spicer Qətər Əmrliyi ilə bəzi ərəb ölkələri arasında müşahidə olunan böhranı “ailədaxili məsələ” adlandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ rəsmisinin fikrincə, Körfəzdə müşahidə edilən böhranı tərəflərin özləri həll etməlidir: “Bu məsələdə tərəf olan 4 ölkə var. Bunun bir ailə məsələsi olduğuna inanırıq və bu problemi onlar həll etməlidir. Əgər biz bu prosesin həll olunmasına kömək göstərə biləriksə, nə gözəl. Ancaq bu mövzu onların həll edəcəyi məsələdir”.

Sean Spicer Qətərə qarşı irəli sürülən tələblərdən biri olan “Əl-Cəzirə” kanalının bağlanmasına ABŞ-ın reaksiyasının necə olduğuna dair suala özünəməxsus formada cavab verib: “Biz bu müzakirələrdə tərəfləri bir araya gətirəcək bir rol oynamaq istəyirik. Ancaq bu müzakirə və dialoqu həmin ölkələrin özləri başlamalıdır.

Odur ki, bu məsələlərlə bağlı bizə müraciət edilmədiyi müddətcə Körfəzlə bağlı şərh vermək istəmirik”.


Müəllif: Cavad