24 İyun 2017 11:01
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın liderliyi ilə yaradılan anti-İŞİD koalisiyası terror təşkilatının maliyyə “naziri”, Suriya əsilli Favaz Məhəmməd Cubeyr əl-Ravidanın öldürüldüyü məlumatını yayıb.

Teleqraf.com xəbər verir ki, Ravidan iyunun 16-da Suriyanın Deyr əz-Zor vilayətinin Əbu Kamal mahalında öldürülüb.

Məlumatda qeyd edilir ki, əl-Ravidan İŞİD-in maliyyə məsələsinə baxan şəxs kimi milyonlarla dolları terror şəbəkəsinin maraqları üçün xərcləyib.

Onun adı ötən ilin dekabrında ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına salınıb.


Müəllif: Cavad