24 İyun 2017 13:03
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində torpaq sürüşməsi nəticədə bir kənd tamamilə yer üzündən silinib.

Teleqraf.com Anadolu Agentliyinə istinadla bildirir ki, Şinmo kəndindəki sürüşmədə 46 ev və 141 adamı torpaq altında qalıb.

Kəndin yaxınlığındakı dağlardan qayalar və torpaq kəndi tamamilə məhv edib, habelə çayın axdığı istiqqamətin2 kilometrinin qarşısını kəsib. Kənd yolunun 1,6 kilometri sürüşmə zamanı dağılıb.

Torpaq altında qalanların təcili xilası üçün rəsmi Pekin təxirəsalınmaz işlərə başlayıb, əraziyə xilasedici qruplar göndərilib.

Mütəxəssislərin ilkin hesablamasına görə, sürüşmə zamanı dağlardan 3 milyon kubmetr qaya və torpağın sürüşüb.


Müəllif: Cavad