24 İyun 2017 17:32
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika məhkəməsi Birləşmiş Ərəb Əmirliklərinin 8 şahzədəsinə xidmətçilərini istismar və insan qaçaqmalçılığında ittiham edərək 15 ay həbs və 1,3 milyon avro cəza kəsib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Brüssel Cəza Məhkəməsi 10 il əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Əl-Nahyan ailəsinin 8 üzvü ilə bağlı açılan iddiaya dair qərarını açıqlayıb.

İttiham olunan şahzadələrin heç biri məhkəmə prosesində iştirak etməyib. Şahidlər 2007-2008-ci illərdə qaldıqları otelə özləri ilə birlikdə gətirdikləri xidmətçilərə qeyri-insani rəftar və insan qaçaqmalçılığı etdiklərini bəyan ediblər.

Qərarda qeyd edilir ki, xidmətçilər 7 gün 24 saat işləməyə məcbur edilib.

Şahidlərdən biri qeyd edib ki, əksəriyyəti Afrikanın fərqli ölkələrindən olan 23 zərərçəkmiş qadın xidmətçi şahzadələrin hər bir istəyini yerinə yetirmək üçün sutkanın 24 saatını məcburi hazır vəziyyətdə olmalı imiş.

Şahzadələrin vəkilləri isə pis rəftarın əhatəsini zərər çəkmişlərin uşaqlarının bəziləri tərəfindən şişirdildiyini, ayrıca qulluqçuların iş müqavilələrini qanuni olduğunu qeyd edib.

Belçika mediası isə iddia edib ki, şahzadələr lüks bir otelin birinci mərtəbəsini kirayə götürüblər və burada aylarla qalaraq özləri ilə gətirdikləri xidmətçilərlə qul kimi davranıblar. Şahzadələrin artıq yeməkləri hesabına qarınlarıı doydurmaq məcburiyyətində olan xidmətçilərini gecə-gündüz işlədiblər. Xidmətçilər xidmət etdikləri şahzadələrin otaqlarının qarşısında cəmi 2-3 saat yata biliblər.


Müəllif: Cavad