24 İyun 2017 15:51
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin hüquq müdafiəçiləri polisi öldürdüyü səbəbindən mühakimə edilən gənclərə edam cəzası verildiyini bəyan edib.

Teleqraf.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, hüquq müdafiəçiləri bu gənclərin hər an edam oluna biləcəyi qənaətindədir.

Hüquq müdafiəçiləri edam qərarını dayandırmaq üçün milli və beynəlxalq mexanizmlərin dərhal işə salınmasını, rəsmi Qahirəyə təzyiq göstərilməsini vacib sayıblar.

İnsan haqları müdafiəçiləri qeyd ediblər ki, hazırda Misir həbsxanalarında edamını gözləyən 23-30 yaş arası 6 gənc var. Onlar tibb və mühəndislik fakültələrinin məzinlarıdır.

Hüquq müdafiəçisi qeyd edib ki, 6 gəncin edam olunmasının qarşısını almaq üçün cəmi bir həftə vaxt var.

Gənclər 2014-cü ildə həbs ediliblər.


Müəllif: Cavad