24 İyun 2017 16:29
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın şimalında və şərqindəki 9 rayonda bu həftənin şənbə-bazarı temperaturun 40 dərəcədən yuxarı olacağı proqnozlaşdırılır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu iyun İtaliyada son 150 ilin ən isti dövrü sayıla bilər.

Anomal istilərə səbəb Apennin yarmadasına Xeron adlı Afrika antisiklonunun daxil olması göstərilir.

Təlaşa düşən Roma meri Virciniya Raci sudan qənaətlə istifadə haqqında sərəncam imzalayıb.


Müəllif: Mahir