24 İyun 2017 19:39
2 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər ərəb ölkələrinin tələblərini rədd edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Sani tələblərin mətniqli olmadığını bəyan edib.

Nazir qeyd edib ki, tələblərdən heç biri terrora qarşı mübarizə ilə bağlı deyil: "Onlar istəyirlər ki, bizim müstəqilliyimiz azalsın, xarici siyasətmizdə asılılıq olsun".

Qeyd edək ki, səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyin Qətərdən tələb etdiyi 13 məsələdən biri də, Türkiyənin bhu ölkədəki hərbi bazasının bağlanmasıdır. Digər tələblər İranla münasibətlərin pozulması və "Əl Cəzirə" televiziyasının bağlanmasıdır.


Müəllif: Ruslan