25 İyun 2017 08:35
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsədə sadiq qüvvələr İŞİD terrorçularının ölkənin şimal-şərqində yerləşən Deyr-əz-Zor şəhərinə hücum cəhdlərinin qarşısını alıblar.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular şənbə günü bir neçə istiqamətdən hücuma keçiblər.

Amma Süriya ordusu 20 İŞİD terrorçusunu zərərsizləşdirə bilib. Yaraqlıları geri çəkilməyə məcbur ediliblər

Hazırda şəhərin təqribən yarısı hökumət qoşunlarının nəzarəti altındadır. Yaraqlılar üç ildən çoxdur ki, həm hərbçiləri, həm də mülki şəxsləri mühasirədə saxlayırlar.


Müəllif: Teleqraf.com