25 İyun 2017 11:33
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Binəli Yıldırım Ramazan bayramı ərəfəsində sürücülərə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Ramazan ayının son iftarını dünyaya göz açdığı Ərzincan vilayətinin Rəfahiyyə rayonunda edib.

Baş nazir bayram namazı qıldıqdan sonra xalqa “yol terroru” barədə xəbərdarlıq edib.

B.Yıldırım “yol terroru” deyərkən Ramazan bayramı günlərində yollarda baş verən qəzaları nəzərdə tutduğunu bildirib.

“Yolların kralı olmaz, qanunu olar. Sürətli sürməyin. Sürətli sürməklə, yavaş sürmək arasında bir ömür qədər fərq var”, deyə baş nazir bildirib.


Müəllif: Günay Əli