25 İyun 2017 15:00
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Melaniya Tramp və qızı İvanka Tramp konqresmenlərin təşkil etdikləri piknikdə birgə görüntüləniblər.

Teleqraf.com-un xəbərinə görə, Ağ Evdə baş tutan piknikdə prezidentin xanımı geyindiyi paltarla diqqət çəkib. Belə ki, 47 yaşlı Melaniya “Mary Katrantziu” brendinə aid 2200 dollar qiyməti olan paltar geyinib.

Bu piknikdə təkcə konqresmenlər deyil, bütün Tramp ailəsi əylənib. 35 yaşlı İvanka burda əri Cared Kuşner və 3 övladı ilə birgə yaxşı vaxt keçirdiyini bildirib.


Müəllif: Könül Əlibəyli