26 İyun 2017 01:28
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanda Polineziyada Tonqa dövlətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 209 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.
/Trend/


Müəllif: Teleqraf.com