26 İyun 2017 00:27
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:20

Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı daha 117 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların çoxu ağır vəziyyətdədir.

Telekanalın məlumatına görə, sakinlər çevrilmiş çənlərdən dağılmış yanacağı yığmaq üçün yola toplaşıblar. Lakin yanğın başlayıb.

Şahidlər bildiriblər ki, yanğın neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən bəzilərinin siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər. Yanğın onlarla avtomobili və motosikleti də məhv edib.

***

23:10

Hadisənin baş vermə səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, yanacaq dolduran tanker aşıb. Qəzanın səsini eşidən kənd sakinləri tankerdən sızan yanacağı qablara doldurmaq üçün hadisə yerinə axışıblar. Bu vaxt tanker partlayıb.

Rəsmiləri qəzanın Bahavalpur şəhəri yaxınlığında tanker sürücüsünün nəzarəti itirməsi nəticəsində baş verdiyini bildiriblər.

Arama-qurtarma qrupunun rəhbəri Rızvan Hasir 123 nəfərin öldüyünü, 76 nəfərin yaralandığını söyləyib.

"Dawn News" xəbər saytının bildirdiyinə görə, yanğınsöndürən briqadanın müdaxiləsi nəticəsində nəzarət altına alınan yanğın və partlayışda 12 motosikl da külə dönüb.

Yaralananlardan çoxunun vəziyyətinin ağır olduğuna diqqəti çəkən Hasir ölü sayının artacağından narahat olduqlarını bildirib.
Ölən və yaralananlar arasında çoxlu sayda qadın və uşaq da var.

***

22:24

Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı 120-dən çox insan həlak olub.

Teleqraf.com xəbər verir ki, yanğın Pəncab əyalətində baş verib. Yanğın nəticəsində 123 nəfərin öldüyü, 100 nəfərin isə yaralandığı bildirilir. Onlardan bəzilərinin vəziyyəti olduqca ağırdır.

Yerli KİV-lərin yaydığı məlumata görə, insanlar benzin almaq üçün növbəyə düzülüblərmiş. İçlərində bir neçə nəfər siqaret çəkirmiş. İlkin ehtimala görə, hadisə bu üzdən baş verib.
Pakistanın təhlükəsizlik qüvvələri isə hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb.


Müəllif: Teleqraf.com