26 İyun 2017 12:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD ABŞ-a kiber hücum həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Ohayo Ştatının valisi Con Kasicin internet saytı daxil olmaqla bir çox saytlar hücuma məruz qalıb.

Hücum edilən saytların səhifələrində ABŞ prezidenti Donald Trampı təhdid edən və İŞİD terror təşkilatını dəstəkləyən mesajlar yerləşdirilib.

Mesajda “Donald Tramp müsəlman ölkələrində axıdılan hər damla qan üçün hesab verəcək” xəbərdarlığı edilib, habelə “İŞİD-i sevirəm” sözləri yazılıb.

Kiber hücumu özünə Team System DZ adını verən qrup həyata keçirib.


Müəllif: Cavad