26 İyun 2017 13:14
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa vətəndaşlarının əksəriyyəti prezident Emmanuel Makrodan razıdır.

Teleqraf.com xəbər verir ki, bu gün Fransa prezidenti ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb.

Sorğuda iştirak edənlərin 64 faizi prezident Makrodan məmnun qaldığını bildirib. Ümumilikdə sorğu 18 yaşından böyük olan 883 nəfər arasında keçirilib.

Qeyd edilir ki, may ayında prezident seçilən Makronun nüfuzu ölkədə bir qədər də artıb.

Sorğuda iştirak edən respondentlərin 10 faizi isə prezidentdən çox razı qaldığını deyib.


Müəllif: Cavad