26 İyun 2017 16:44
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin sabiq rəhbəri David Petraeus bəyan edib ki, Şimali İraq Kürd Muxtariyyəti referendumda müstəqilliyi əldə etməyi qarşısına məqsəd qoysa da, bu iqtisadi problemlər səbəbindən çətin olacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda sabiq baş kəşfiyyatçı Avstriya mətbuatına müsahibəsində deyib.

David Petraeus qeyd edib ki, vəzifədə olduğu zaman bu bölgə ilə bağlı araşdırma aparıb, nəticəyə gəlib ki, bu regionun müstəqil dövlət olaraq özünü saxlaması üçün gündəlik 800 min barel neft ixrac etməlidir:

“Eyni zamanda 800 min barel nefti ən azından 105 ABŞ dollarına satmaq lazımdır. Şimali İraqda gündəlik 800 min barel neft problemsiz çıxarılır. Bunun bir qismi daxili ehtiyaclar üçün istifadə edilir, digər iqmi isə bareli 40-50 dollara satılır. Mövcud vəziyyətdə gəlirin qeyri kafi olması Ərbilin Bağdaddan kömək almaq məcburiyyətində qoyur”.

2011-ci ilin sentyabrından 2012-ci ilin noyabrına qədər Mərkəzi Kəşfiyyat Xidmətinə rəhbərlik edən David Petraeus İraq savaşı zamanı bölgədə olub, müxtəlif vəzifələr tutub.

Həmin dövrdə İraqda türk əsgərlərinin başına torba keçirildiyi zaman David Petraeus ABŞ-ın bu regionda səlahiyyətli komandiri olub.


Müəllif: Cavad