26 İyun 2017 16:29
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Beynəlxalq Arenada tanınan nadir musiqiçilərindən olan Emin Ağalarov xarici KİV-ə verdiyi müsahibə zamanı Trampın onun klipində çəkilməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Ağalarov Trampla çoxdan dostlaşdığını bildirib:

“Biz “Dünya gözəli” konkursunu keçirməyə hazırlaşırdıq. Donald Tramp konkursun sahibi idi. Elə həmin vaxt hazırlıqlar ərəfəsində biz onunla dost olduq. Mən də düşündüm ki, bu cür tanışlığın ola, 90 dünya gözəli qızı görəsən və klip çəkməyəsən. Mən bu ideyamı Trampa danışdım və o, sadəcə buna nə qədər vaxtın lazım olduğunu soruşdu. Mənsə, dedim ki, 15 dəqiqədən çox olmaz və biz razılaşdıq. Çəkilişi səhər saat 8-ə təyin etdik. Biz Tramp gələnə qədər məşq etdik. Tramp gəldi və nə etməli olduğunu soruşdu. Mənsə dedim ki, “Hər şey şox asandır, cənab Tramp, siz sadəcə məni qovmalısınız”.

O, isə cavab verdi: “Oldu, mən bunu bacarıram!”.

Ağalarov Trampın onun klipində iştirak etməsini bir tarixi hadisə saydığını bildirib: “Tramp stula əyləşdi və cəmi bir dubla məni qovdu... İndi isə bu bir tarixə çevrilib. ABŞ-ın hazırkı prezidenti mənim klipimin aktyoru olub.”


Müəllif: Könül Əlibəyli