26 İyun 2017 15:42
3 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə mediası 2012-ci ildə Şimali Koreyada çəkildiyi iddia edilən bir video yayıb.

Teleqraf.com xəbər verir ki, videoda Cənubi Koreya və Çin vətəndaşları ilə cinsi əlaqəyə girməkdə ittiham olunan bir qadın ölümcül döyülür.

2012-ci ilə aid video görüntülərdə polis əməkdaşının qadını əvvəl sorğu-sual edir, daha sonra əlləri arxadan bağlı olan qadının sifətinə zərbələr endirir, onu saçından tutub dəfələrlə vurur, yerlə sürüyür. Görüntülərdə qadının Çinə getdiyi və orada çinli və Cənubi Koreyadan olan kişilərlə birlikdə olduğu iddia olunur. Bu iddiaları rədd edən qadın polis əməkdaşını onu boğmağa çalışdığını bildirir.


Müəllif: Cavad