26 İyun 2017 17:16
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə iyunun 8-də baş tutan parlament seçkilərinin nəticəsi olaraq təkbaşına hökumət qurmaq imkanlarını itirən baş nazir Tereza May azlıq hökuməti qurmağa razılaşıb.

Teleqraf.com xəbər verir ki, Tereza May Demokratik Birlik Partiyasının lideri Foster ilə koalisiya hökuməti qurmağa razılıq verib.

Bu gün tərəflər arasında baş tutan görüşdən sonra Demokratik Birlik Partiyasının lideri Foster baş nazir Tereza May ilə qurulacaq azlıq hökumətini dəstəkləmək üçün bir razılaşma imzalandığını bildirib.

Qeyd edək ki, axşam saatlarında İngiltərədə qurulacaq koalisiya hökumətinin tərkibi və razılaşmanın əsas müddəaları açıqlana bilər.


Müəllif: Cavad