26 İyun 2017 18:46
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniyada bir-birinə yapışmış əkizlərin ayrılması üçün 50 həkimin iştirakı ilə 23 saat əməliyyat keçirilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu əməliyyat Keniya tarixində ən böyük əməliyyat hesab olunur.

Məlumatda qeyd olunur ki, Blessing və Favour əkizləri ortaq onurğaya, əzələ qrupuna və dəriyə sahib olublar.

Əkizləri yatırtmaq və sakitləşdirmək prosesi 3 saat davam edib. Əkizlər 1 yaşında olanda bu əməliyyatın planlaşdırılmasına başlanılıb, onların 2 yaşı olanda isə əməliyyata start verilib. Əməliyyatda fərqli ixtisaslara malik olan 50 nəfərlik cərrah qrupu iştirak edib.23 saat davam edən əməliyyatdan sonra əkizlərin birində hərəkət məhdudiyyətinin yarana biləcəyi ehtimal olunub, lakin müalicədən sonra bu qüsur aradan qaldırılıb.

Əməliyyatdan 1 həftə əvvəl sınaq həyata keçirilib.2016-cı ilin noyabrından əməliyyat keçirilib, əkizlər bu ilin iyunun 15-də xəstəxanadan buraxılıb.


Müəllif: Cavad