26 İyun 2017 18:15
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə vəziyyət rejimi davam etməlidir. Fövqəladə vəziyyətin əhatəsinə daxil edilən ünsürlərin üzərinə qətiyyətlə gedilməlidir .

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib.
MHP sədri qeyd edib ki, fövqəladə vəziyyətin demokratiya və azadlıqlar əleyhinə olduğunu iddia edənlər 15 iyul tarixini yaddan çıxarmamalıdır.

Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının Ankaradan İstanbula doğru başlatdığı Ədalət Yürüşü haqqında da danışıb:

“Türkiyənin xaosa, qaranlığa sürükləməyə və siyasi şoular etməyə heç kimin haqqı yoxdur. Cümhuriyyət Xalq Partiyası özünə çəki, nizam verməlidir. Şifahi, sazlı ədalət arayışlarını Ankaradan İstanbula yürüşlə nümayiş etdirməyə ehtiyac yoxdur”.


Müəllif: Cavad