27 İyun 2017 01:24
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın kansleri Angela Merkel Avropa dövlətlərini Suriya və Liviyada vəziyyətin nizamlanmasında fəal iştirak etməyə çağırıb.

Bunu A.Merkel “Brigitte” jurnalına müsahibəsində bəyan edib.

“Bəzi məsələlərdə biz avropalılar fəal deyilik. Misal üçün, Suriya ABŞ-ın yox, bizim astanamızdadır. Biz də Suriyada sülh nizamlanmasında iştirak etməliyik. Qaçqınlar Suriyadan Avropaya gəlir. Daha bir vacib məsələ Liviya ilə bağlıdır. Bir dövlət kimi Liviya mövcud deyil, oradan da Avropaya miqrant axını müşahidə olunur. Avropalı olaraq biz məsuliyyətimizi hiss etməli, gözləməməliyik ki, kimsə gəlib bizim problemlərimizi həll edəcək”, deyə A.Merkel qeyd edib.

O, həmçinin ABŞ-la ekoloji və azad ticarət məsələlərində qarşılıqlı anlaşmanın olmamasını vurğulayıb.
/APA/


Müəllif: Teleqraf.com