27 İyun 2017 01:39
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.


Müəllif: Teleqraf.com