27 İyun 10:26

NASA Yerdə yadplanetlilərin olduğunu rəsmi şəkildə açıqlamağa hazırlaşır.

Teleqraf.com-un esoreiter.ru-ya istinadən xəbərinə görə, bu barədə "Anonimus" haker qrupunun internet səhifəsundə bildirilir.

Hakerlərin dediyinə görə, NASA-nın nümayəndəsi, professor Tomas Zurbuxen ABŞ-ın elm və kosmos komitəsinin son iclasında bildirib ki, bu gün yadplanetlilərin mövcud olduğunu etiraf etmək nəinki vacib, hətta qaçılmazdır.

"Anonimus" alimin çıxışının təfərrüatlarını dərc edib. Tomas Zurbuxen deyib:

"Biz artıq geniş ictimaiyyətdən Yer sivilizasiyasının başqa bir svilizasiya ilə çoxdan toqquşduğunu gizlədə bilmərik. Özü də onlar bizdən daha çox inkişaf ediblər. Bunu təsdiqləmək üçün uzağa getmək lazım deyil: Mars və Aydakı artefaktlar, yadplanetlilərin gəmisinin Yerin orbitində görünməsi, çoxsaylı UNO-ların səmada, suyun, hətta yerin altında görünməsi... Başımızı qaldırıb səmaya baxmaq lazımdır ki, necə möhtəşəm hadisələrin baş verdiyini görək. Ona görə də yadplanetlilərin mövcudluğunu gizlətmək təkcə ağılsızlıq deyil, həm də cinayətdir".


Müəllif: Nilufər