27 İyun 2017 11:45
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya liderlərinin xidməti maşınları bir sıra özəllikləri ilə fərqlənir.

Maşınların içində ən güvənlisi ABŞ prezidentinin “Canavarı” sayılır. 8 tonluq maşında prezidentin həyatını qəfil qəza və hücumlardan qorumaq üçün bütün təhlükəsizlik tədbirləri görülüb. Trampın avtomobili ballistik raket və kimyəvi silah hücumundan müdafiə sisteminə malikdir. Qiyməti isə 1.5 milyon dollardır.

Teleqraf.com xarici KİV-ə istinadla hər növ təhlükəsizlik tədbirlərinin alındığı ölkə liderlərinin xidməti maşınlarını təqdim edir:

ABŞ Prezidenti Donald Tramp – Kadillak Van (Cadillac One)

Rusiya Prezidenti Vladimir Putin – Mercedes Benz S seriyası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – Mercedes Benz S600 modeli

Hindistan Prezidenti Pranab Kumar Mukerci – Mercedes Benz S600 modeli

Böyük Britaniya kraliçası II Elizabet – Bentli Limuzin

Çin dövlət başçısı Şi Cinpinq – Hong Qi Limuzin

Böyük Britaniyanın Baş naziri Tereza Mey – Zirehli Yaquar XJ

İtaliya Prezidenti Sergio Mattarella – Lança Tezis

Almaniya Baş naziri Angela Merkel – Mercedes Benz S600L modeli

Yaponiya İmperatoru Akihito – Toyota Century Royal

Cənubi Koreya Prezidenti Mun Çje İn – Hyundai Equus VL500

Fransa Prezidenti Emmanuel Makron – Citroen DS 7


Müəllif: İlhamə Əbülfət