19 İyul 2014 01:38
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda iştirak etdiyi iftar mərasimindəki çıxışında İsrailə qarşı ağır ifadələr işlədib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, iftarda Fələstin lideri Mahmud Abbas da iştirak edib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrail gec-yez tökdüyü qanda özü boğulacaq: “Buna ürəkdən inanırıq. Amma İsrailin zülmünə, cinayətlərinə səs çıxarmayan bir sıra dünya ölkələri, toplumlar da bu qara ləkəni sonsuzluğa qədər alınlarında daşımağa məhkumdurlar”.


Müəllif: