27 İyun 2017 14:11
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna mətbuatında bu gün səhər Kiyevdə baş verən terror hadisəsinin Rusiya tərəfindən törədildiyi iddia edilir.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı aktiv mübarizə aparıb. Bu səbədən ona sui-qəsd edildiyi bildirilir.

Xatırladaq ki, bu gün Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapovalın avtomobili partladılıb. Hadisə nəticəsində o həlak olub.


Müəllif: İlhamə