27 İyun 2017 18:46
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə dövlət tərəfindən maliyyələşdirilən kral xəzinəsi son dövrlərdə mənfəətinin ciddi şəkildə artdığını bəyan edib. Bunun da kraliça II Yelizvaetanın maaşına öz müsbət təsirini göstərəcəyi bildirilir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, kraliçanın aylıq maaşında 6 milyon funt sterlinq artım olacaq. Maaş artımı 2018-2019-cu maliyyə ilindən etibarən tətbiq olunacaq.

Bu artım kraliçanın işçilərinə, onun səyahətlərinə və sarayın xərclərinin qarşılanmasına xərclənəcək. 2018-2019-cu maliyyə ilində Saray xərclərinin aylıq 82.2 milyon funt sterlinq olacağı ifadə olunub.
Krallıq xəzinəsinin 2016/2017 maliyyə ilində gəlirlərinin 24.7 milyon artaraq 328.8 milyon funt sterlinq təşkil etdiyi bəyan olunub.


Müəllif: İlhamə Əbülfət