27 İyun 2017 20:59
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İran tərəfindən nüvə razılaşması planının pozulması hallarını müşahidə etmir.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

"Birgə nizamlama planı ilə bağlı hər hansı pozuntu görmürük", - Heyli ABŞ Konqresinin nümayəndələr palatasında keçirilən dinləmələrdə bildirib.

Bununla belə Heyli deyib ki, bu razılaşma yalnız Tehranın nüvə silahı əldə etmək səylərini ləngidir: "Onlar öz nüvə imkanlarını genişləndirməyə davam edirlər".

Qeyd edək ki, İran və "Altılar" arasında tarixi nüvə razılaşması 14 iyul 2015-cü ildə əldə olunub.


Müəllif: Teleqraf.com