27 İyun 2017 21:44
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın və Rusiyanın bir sıra böyük şirkətləri kiberhücuma məruz qalıblar.

Teleqraf.com-un xəbərinə görə, kiberhücum nəticəsində Ukraynada metronun, aeroportların və bankların, Rusiyada isə “Rosneft” şirkətinin fəaliyyətlərində fasilələr yaranıb.

İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, kiberhücum iki ölkədə ümumilikdə 80 şirkəti, o cümlədən Ukraynanın “Mars”, “Nivea”, “Auchan” banklarını, həmçinin bir sıra hökumət qurumlarının saytlarını hədəfə alıb.


Müəllif: Teleqraf.com