28 İyun 2017 09:58
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda beynəlxalq terror təşkilatlarının üzvlərindən ibarət dəstə zərərsizləşdirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Komitə bildirir ki, terrorçular əldəqayırma partlayıcı və odlu silahlardan istifadə eləməklə dövlət sərhədinə yaxın ərazilərdə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə ard-arda terror aktları törətmək istəyiblər.

Dəstəyə hansı terror təşkilatlarına mənsub şəxslərin daxil olduğu açıqlanmır.


Müəllif: Mahir