28 İyun 2017 11:44
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın paytaxtı Tripolinin şərq sahilindəki çimərlikdə Avropaya keçmək istəyən 25 miqrantın cəsədi tapılıb.

Teleqraf.com Fransa KİV-lərinə istinadla bildirir ki, miqrantların boğularaq öldüyü ehtimal edilir.

Dünən İtaliya hakimiyyət orqanları son 48 saatda Aralıq dənizi sahillərində 8 mindən çox miqrantın xilas edildiyi barədə məlumat yaymışdı. Liviya Sahil Mühafizə Xidməti isə daha 147 nəfəri boğulmaq təhlükəsindən xilas edib.

Avropa üz tutan miqrantların əksəriyyəti Kamerun, Sudan, Seneqal və Malidən olan gənclərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin


Müəllif: Teleqraf.com