28 İyun 2017 12:59
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Venesuelada qaynar gecə yaşanıb – etirazçı kütlə polis helikopterini ələ keçirib, Daxili İşlər Nazirliyinin və Ali Məhkəməsinin binasını atəşə tutub və ora qumbaralar atıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar prezident Nikolas Maduro hakimiyyətinə qarşı silahlı mübarizənin başladığını bəyan edib, daha sonra helikopter yoxa çıxıb və naməlum istiqamətə yollanıb. Venesuela hakimiyyəti baş verənləri terror hücumu adlandırıb və hadisədə iştirak edənlər barədə axtarış elan edib.

RİA-Novosti bildirir ki, etirazçılar öz fəaliyyətilərini yaxşı koordinasiya ediblər. Hücumla eyni vaxtda internetdə etirazçı qrupu idarə edən zabit Oskar Peresin videomüraciəti yayımlanıb. Videoda etirazçıların qarşılarına hansı məqsədləri qoyduqları məlum olur.

“Biz Prezident Nikolas Madurodan və onun nazirlərindən dərhal istefa verməyi və ümumi seçkilər təyin olunmasını tələb edirik”, deyə O.Peres bildirib.


Müəllif: Səxavət