28 İyun 2017 13:35
2 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə özünün daxili bazarında heç kəsin yaxın durmadığı toyuq ayağını Çinə ixrac etməyə başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, nəhəng Çin bazarında toyuq ayağının satışı toyuğun digər hissələrini geridə qoyub.

Dünyanın ən böyük, 8-ci toyuq istehsalçısı olan Türkiyə toyuq ayağının Çinə ixracında 50 milyon dollarlıq hədəfə çatmağı məqsəd seçib.

1994-cü ilə kimi qanadlı ət sektorunda toyuq ayağı zibilə atılırdı. Çin bazarı kəşf olunduqdan sonra toyuq ayağı yeni gəlir mənbəyinə çevrildi Ötən il 314 milyon dollarlıq qanadlı ət ixrac edən Türkiyə 49 min 500 ton toyuq ayağı ixrac edib.

Ümumi qanadlı ət ixracatının 10 faizini təşkil edən toyuq ayağı bud, döş, buddibi kimi ət satışını geridə qoyur.

Qeyd edək ki, Çin dünyada ən boyuk toyuq ayağı bazarıdır.


Müəllif: İlhamə Əbülfət