28 İyun 2017 16:09
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaları daha yarım il müddətinə rəsmən uzadıb.

Teleqraf.com xəbər verir ki, sanksiyaların müddəti iyulun 31-də başa çatırdı.

“Qərar qəbul olunub”, deyə Avropa İttifaqındakı mənbə RİA-Novosti-yə bildirib.

Moskva isə bundan təəssüfünü bildirib və qeyd edib ki, sanksiyalar Avropa İttifaqının qarşısına qoyduğu heç bir nəticəyə nail olmağa kömək etməyəcək.

Rusiya XİN başçısının müavini Aleksey Meşkov Rusiyaya tətbiq olunan sanksiyalardan və Moskvanın cavab addımlarından ilk növbədə Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarının əziyyət çəkdiyini vurğulayıb.


Müəllif: Səxavət