28 İyun 2017 18:08
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Milli Neft Korporasiyası (CNPC) Şimali Koreyaya yanacaq satışını dayandırıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, yanacaq satışının dayandırılmasının nə qədər davam edəcəyi məlum deyil.

Məsələ ilə bağlı CNPC və Çinin Ticarət Nazirliyi açıqlama verməyib, Şimali Koreyanın Pekindəki səfirliyi şərhdən imtina edib.

Mənbənin bildirdiyinə görə, CNPC son bir, yaxud iki ayda Şimali Koreyaya yanacaq satışını dayandırmağı qərara alıb və bunu sırf kommersiya məsələsi adlandırıb: “Artıq risklərə dəyməz. Çin və beynəlxalq banklar ABŞ-ın sanksiyaları tətbiq olunan Şimali Koreya kimi ölkələrlə əlaqəsi olan şirkətlər üzərindəki uyğunluq yoxlamalarını artırır”.

Digər iki mənbə isə CNPC-nin Şimali Koreyaya dizel satışını dayandırdığını, lakin benzinlə bağlı məlumatlı olmadıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com