28 İyun 2017 23:27
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

21.30

"Əl-Qaidə" terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.

Bu barədə "Sky News" telekanalı xəbər verib. Xəbərdə bildirilir ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.

Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır./Report/

22.33

Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həəbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. Onların arasında əcnəbilər də var.

23.27

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının 7 əməkdaşı azad edilib.

"Report"un məlumatına görə, bu barədə "Agence France Presse" Tripolinin prezident qvardiyasının nümayəndəsi Nəcmi ən-Nakuaya istinadən xəbər verib.

"Onlar azad ediliblər və hazırda təhlükəsiz şəraitdə Mitiqa hava limanına göndərilirlər" – deyə ən-Nakua agentliyə bildirib.

Qeyd edək ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib. BMT-nin missiyasının üzvlərini oğurlayanlar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb edirdilər.


Müəllif: Teleqraf.com