29 İyun 2017 16:29
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə günlər qalmış köməkçilərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Qardian" nəşri iki sabiq amerikalı diplomata istinadla məlumat yayıb.

Tramp köməkçilərindən Rusiyaya bəzi güzəştlər gedilməsi ətrafında fikirləşməyi xahiş edib. O, bu güzəştlərin Putinlə görüşdə açıqlanmasını istəyib.

Məlumatlara görə, 7-8 iyulda Hamburqda keçiriləcək G-20 liderlərinin sammiti çərçivəsində görüşü planlaşdırılan Tramp və Putin iki diplomatik kompleksin bərpasını müzakirə edəcəklər. Bu komplekslər eks-prezidenti Barak Obama tərəfindən anti-Rusiya sanksiyaları çərçivəsində 2016-cı ilin dekabrında ləğv edilmişdi.

Nəşr Trampın bunun qarşılığında rusiyalı həmkarından nə istəyəcəyi açıqlanmır.


Müəllif: Samir