24 Aprel 2014 13:46
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranı ilə əlaqədar olaraq Qərblə Rusiya arasında münasibətlərin kəskinləşməsinə təsadüf edən NATO təlimlərində Polşa, Litva, Latviya və Estoniya da qatılıb.

150 əsgərdən ibarət ilk qrupa yaxın günlər ərzində 450 adam qatılacaq.

Bu fonda da, ABŞ prezidenti bəyan edib ki, Moskva Ukraynadakı vəziyyətin sabitləşməsi üçün addımlar atacağı öhdəliyini yerinə yetirməsə yeni sanksiyalarla üzləşə bilər.

Kiyev və Qərb Donetsk vilayətində inzibati binaları ələ keçirən rusiyapərəst qüvvələrin arxasında Rusiya hərbçilərinin durduğunu bəyan etsə də, Moskva bütün ittihamı rədd edir.

Rusiyanın xarici işlər naziri Serqey Lavrov,Amerikanı Ukraynadakı hadisələri idarə etməkdə ittiham edib. Sergey Lavrov deyib ki, Ukrayna şərqindəki antiterror əməliyyatının məhz ABŞ - in vitse-prezidentinin Kiyevə səfərindən sonra bərpa olunması “çox şeydən” xəbər verir. Son zamanlar Polşa, Litva, Latviya və Estoniya Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının yerləşdirilməsilə bağlı narahat olduqlarını bəyan ediblər. Amerikanın Polşadakı səfiri Stefan Mull deyib ki, ABŞ, NATO qaydalarına uyğun olaraq, Polşaya təhlükəsizlik zəmanəti vermək öhdəliyinə malikdir.

Ülviyyə


Müəllif: Teleqraf.com