21 İyul 2014 00:29
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın hüquq-mühafizə orqanları cinayətkarların aşkarlanması və saxlanılması üçün üzün tanınması texnologiyasını sınaqdan keçirir.

Bu barədə Lesterşir qraflığı polisinin saytındakı məlumatda deyilir.

"Biz Böyük Britaniyanın bu sistemi sınaqdan keçirən ilk polis idarəsi olmağımızla fəxr edirik. İlkin nəticələr ürəkaçandır və biz səbirsizliklə altı ay ərzində nəticələrin necə yekunlaşacağını gözləyirik", - idarənin baş inspektoru Kris Kokerill deyib.

ANS PRESS ICTnews-a istinadən bildirir ki, polislər tərəfindən sınaqdan keçirilən NeoFace proqram təminatı müşahidə kameralarından alınan rəqəmli təsvirləri və ya idarədə şübhəli şəxslərin çəkilmiş şəkillərini Lesterşir şəhər polisinin məlumat bazasındakı fotoşəkilləri ilə müqayisə edir. Sınaqlar artıq bir neçə aydır davam edir və bu müddət ərzində iki yüzə yaxın şübhəli şəxsin sistemdə yüksək dəqiqliklə identifikasiyası təmin olunub.

NeoFace üzün onlara cizgisini tutuşdurur və nəticələri bir neçə saniyəyə təqdim edir.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının istifadə etdikləri kompüterləşdirilmiş sistem əllə mümkün maneəni axtarmağa imkan verir ki, buna da adətən bir neçə saat lazım olur.

Qeyd olunur ki, NeoFace vasitəsilə əldə olunan nəticələrin məhkəmədə sübut kimi istifadə olunmamasına baxmayaraq sistem polislərin işinin effektivliyini xeyli artıracaq.


Müəllif: