24 Aprel 2014 16:42
963

Ermənistanda 1915-ci il qondarma erməni “soyqırımı”nın 99 - cu ildönümü ilə əlaqədar təşkil edilən nümayiş zamanı Türkiyə bayrağı yandırılıb.

Nümayişçilər arasında iştirak edən və "Ermənistan, müavinət tələb et" şüarları səsləndirən Daşnaksütun siyasi partiyasının gənclər və tələbələr təşkilatlarının üzvləri özləri ilə gətirdikləri Türkiyə bayrağını atəşə verərək, qondarma soyqırımın xatirəsinə həsr olunan məşəlli yürüş keçiriblər.

Nümayişçilər Ermənistan Prezident Sarayına 2009 -ci il tarixli erməni -Türk protokolunda erməni imzasının silinməsini tələb edən məktub aparıblar.

"Müavinət", "Soyqırımı tanınsın" yazılı plakatları və taxtadan düzəldilmiş böyük bir xaçın daşıması diqqət çəkib.
Oxşar hadisə Gürcüstanın cənubunda yerləşən və əksərən etnik ermənilərin yerləşdiyi Cavaxetiya şəhərində də baş verib.

Ülviyyə


Müəllif: