15 İyul 2017 01:23
4 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın əməkdaşı Doktor Rich Terrile apardığı araşdırmalar nəticəsində olduqca maraqlı iddia ortaya atıb. R.Terrile iddia edir ki, varlığımız dəqiqliklə hazırlanmış bir qoloqrammadan ibarətdir.

Doktor Rich Terrilenin ortaya atdığı bu iddia nə qədər doğrudur və hansı dəlillərə istinadən bunu deyir?

NASA-da alim kimi çalışan Rich Terrile araşdırmaları nəticəsində varlığımızın ətraflı və əhatəli hazırlanmış qoloqrammadan ibarət olduğunu və bunu da bir fəzalının hazırladığı nəticəsinə varıb.
Doktor Terrile iddiası ilə bağlı bunları deyib: "Hazırda bizlər bir kosmik kompüter proqramı içində dünyada yaşayırıq və bu dünyada ölüm deyə bir şey yoxdur, həyat yalnız yuxudur. Bizlər sadəcə özümüzün xəyallarıyıq”.

Əslində, bu nəzəriyyə daha əvvəl də simülasyon nəzəriyyəsi adı ilə ortaya atılmışdı. Doktor Terrile eynilə Matriks kimi bir dünyada yaşadığımızı və bunu da yeni-yeni anlamağa başladığımız Kvant fizikası ilə açıqlaya biləcəyimizi bildirib: "Kvant fizikasında maddəni təşkil edən hissəciklər müşahidə etmədikləri prosesə özlərini tanıtmırlar. Elə bir simülasyon dünyada yaşayırıq ki, nəyi gördüyümüz nəyi görməyə ehtiyacımız olduğu ilə bağlıdır". Doktor Terrile, həmçinin, əlavə edir ki, bir üst ağıl bizim reallığımız ilə oynayır.

Doktor Rich Terrile daha əvvəl ortaya atılmış bu arqumenti 2011-ci ildə təkrar gündəmə gətirmişdi. "Yaşadığımız kainatın bir simülasyon olma ehtimalı güclüdür" açıqlaması ilə yenidən mübahisələr alovlandı. Silikon Vadisində də hər kəsin danışdığı bu iddiadan sonra iki milyarder iş adamının bəşəriyyəti bu simülasyondan xilas etmək üçün gizli bir investisiya qoyduğu xəbəri də yayılmışdı. Və bu xəbər isə hadisəni başqa bir müstəviyə daşıdı.

Silikon Vadisinin bu məsələyə olan marağı isə virtual və artırılmış reallıq texnologiyalarından qaynaqlanır. Rich Terrile "Gələcəkdə rəqəmsal insanlar artacaqsa, niyə biz də indidən belə olmayaq?” deyir. Elon Musk isə "40 il əvvəl yalnız iki çubuq və bir topdan ibarət pinq-ponq oyunu vardı. Bu gün milyonlarla insanın eyni anda oynadığı realistik video oyunları var. Yaxında oyunları gerçəklikdən ayırmaq mümkün olacaq" deyərək nəzəriyyəni dəstəklədiyini açıqlayıb. Fikri dəstəkləyənlər isə insanların gələcəkdə özlərini inkişaf etdirmək kimi xüsusi bir məqsədlə atalarının yaşayacağı fərqli bir gerçəkliyi yarada biləcəyini müdafiə edir.

Bizim ardıcıl işləyən bir kainatda yaşamağımız bu fikri müdafiə ediləcək hala gətirir. Bundan başqa, kainatın təməl maddələri atom altı hissəciklərə bölünür və bunlar da pikselləri xatırladır. Yəni kainatın quruluşu onun proqramlaşdırılmış ola biləcəyini ehtiva edir. (Moderator.az)


Müəllif: Teleqraf.com