16 İyul 00:57

Türkiyədə uşaqları otellərdən xəstəxanalara aparırlar. Moldovadan olan ailənin Türkiyədə Kəmərdə dincəlmələri kədərli sonuclanıb. Ailənin azyaşlı üzvü təhlükəli virusa yoluxub.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədəuşağın anası Darya Petruxina sosial şəbəkədə bilgi verib.

O bildirib ki, azyaşlı övladı istirahətdə olduqları bir neçə gündə qorxulu dəri virusuna yoluxub.

Petruxinanın dediyinə görə, Türkiyə çimərliklərində uşaqlar arasında əsl epidemiya yayılıb: "Əziz analar, biz ötən gün Türkiyədən dönmüşük. Uşağımızda "koksaki" virusu tapılıb. Hər gün görürdüm ki, qaldığımız hoteldən hərarəti qalxmış və rotavirus olan uşaqları xəstəxanaya aparırdılar. Bu, yalnız bizim qaldığımız oteldə deyil, hər yerdədir. İndi orada epidemiya yayılıb".

Koksaki virusuna 30 fəal enteroviruslar daxildir ki, onlar da uşaqların mədə-bağırsağında artıb çoxalırlar. Onun müxtəlif simptomları var: dəridə qırmızı səpgilər, yüksək hərarət, öskürək, ürək bulanma və qarın boşluğunda ağrılar. Virus bədənə ağız boşluğundan düşə bilir.


Müəllif: Teleqraf.com