16 İyul 08:07

Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar keçirilən mitinq və yürüşlər bu gun də davam edəcək.

Teleqraf.com-un xəbərinə görə, dünən yüz minlərlə türkiyəli dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar keçirilən mitinq və yürüşlərı qatılıb. 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər ölkənin onlarla şəhərində keçirilib.

İstanbuldakı əsas anım mərasimi “15 İyul Şəhidləri” körpüsündə təşkil olunub. Mitinqdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çevriliş cəhdi günündən indiyədək 134 min nəfər saxlanılıb: "Onların 50 min 400-ü həbs olunub, 8 min 500 nəfər isə axtarışdadır. Bu müddətdə FETÖ təşkilatı ilə bağlılığı təsdiqlənən 5 mindən çox qurum bağlanıb, onların əmlakları dövlət xəzinəsinə verilib".

Qeyd edək ki, mitinq və yürüşlər bu gün 24:00-dək davam edəcək.


Müəllif: Teleqraf.com