16 İyul 2017 08:54
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqalın paytaxtı Dakarda stadionun divarlarının uçması və basabas yaranması nəticəsində ən azı 8 nəfər həlak olub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə nəticəsində 49 nəfər yaralanıb.

Hadisə Seneqal çempionlar liqasının final matçından sonra baş verib. Oyundan sonra stadionda basabas yaranıb və divarların bir qismi dağılıb. Yerli hakimiyyət orqanları dağıntıların altındaqalanların olduğundan narahatdır. Hadisə yerinə xilasedicilər və həkimlər briqadası cəlb olunub.


Müəllif: Nahid